...

Azərbaycan prezidenti Latviyaya səfər edəcək

Siyasət Materials 25 Sentyabr 2006 13:00 (UTC +04:00)
Azərbaycan prezidenti Latviyaya səfər edəcək

Oktyabrın ilk ongünlüyündə Azərbaycan prezidenti İlham Əliyev Latviyaya rəsmi səfər edəcək. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarov məlumat verib.

Dövlət başçısının Riqaya ikigünlük səfəri zamanı ölkələr arasında bir sıra sazişlərin imzalanması, İlham Əliyevin Latviyanın elmi-siyasi ictimaiyyəti ilə görüşü gözlənilir.

Səfirin sözlərinə görə, həmçinin, Azərbaycan və Latviyanın biznes dairələri nümayəndələrinin qatılacağı biznes-forum təşkil olunacaq.

Forumda Azərbaycandan 30-dək iş adamı iştirak edəcək. Görüş çərçivəsində bir sıra sənədin imzalanması gözlənilir.

İlham Əliyevin Latviyaya səfəri ərəfəsində hər iki ölkənin hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək.

Xəbər lenti

Xəbər lenti