...

YUNESKO-da Azərbaycan mədəniyyətinin təqdimatı keçiriləcək

Siyasət Materials 26 Sentyabr 2006 11:00 (UTC +04:00)

Oktyabrın 16-20-də YUNESKO-nun 60 illiyi çərçivəsində Parisdə "Azərbaycan mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində" adlı tədbir təşkil olunacaq. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın təşkilatdakı daimi nümayəndəsi Eleonora Hüseynova məlumat verib.

Tədbir təşkilatın yubileyinə həsr olunmuş "Sivilizasiyalar arasında dialoq" adlı mövzular həftəsi çərçivəsində keçiriləcək. E.Hüseynovanın sözlərinə görə, YUNESKO-nun 60 illik yubileyi ilə əlaqədar 60 mövzu həftəsinin keçirilməsi qərara alınıb. Bu silsilədən 58-ci həftə Azərbaycana həsr olunub.

Həftə çərçivəsində oktyabrın 16-dan 20-dəkAzərbvycana həsr olunmuş foto-sərgi təşkil olunacaq. Həftə ölkənin incəsənət ustalarının iştirak etdiyi qala-konsertlə başa çatacaq. Qala-konsertdə YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva, o cümlədən mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin iştirakı gözlənilir", - deyə daimi nümayəndə qeyd edib.

Xəbər lenti

Xəbər lenti