...

Gürcüstan XİN başçısının müavini GUAM-ın baş katibi seçilib

Siyasət Materials 26 Sentyabr 2006 11:14 (UTC +04:00)

GUAM Şurasının Nyu-Yorkda keçirilmiş iclasında Gürcüstanın xarici işlər nazirinin birinci müavini Valeri Çeçelaşvili "GUAM - Demokratik və İqtisadi İnkişaf Təşkilatı"nın baş katibi seçilib. Bu barədə Trend in Tiflisdəki xüsusi müxbirinə Gürcüstan XİN-dən məlumat verilib.

Bundan başqa, Ukrayna prezidenti Viktor Yuşenkonun qərarı ilə Gürcüstanın XİN başçısı Gela Bejuaşvili GUAM XİN başçıları Şurasının iclasında Ukraynanın "Xidmətlərinə görə" birinci dərəcəli ordeni ilə təltif olunub.

İclas başa çatan kimi GUAM-ABŞ görüşü keçirilib. Görüşdə ABŞ tərəfini dövlət katibinin köməkçisi Devid Kramer təmsil edib. Tərəflər ABŞ-GUAM formatında gələcək əməkdaşlıq planlarını müzakirə edib.

Xəbər lenti

Xəbər lenti