...

Piter Semnebi: Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə əlaqədar Ermənistanın böyük itkiləri göz qabağındadır

Siyasət Materials 27 Sentyabr 2006 12:24 (UTC +04:00)

Ermənistan və Azərbaycan bu il Dağlıq Qarabağ münaqişəsini nizamlamaq üçün "çox mühüm fürsəti" əldən verib. Trend in "Mediamaks"a istinadən xəbər verdiyi kimi, bu barədə Avropa Birliyinin Cənubi Qafqazda xüsusi nümayəndəsi Piter Semnebi bəyan edib.

"Əgər AB-nin Cənubi Qafqazda xüsusi nümayəndəsi kimi fəaliyyətimin birinci yarım ili ərzindəki böyük məyusluğumdan danışmaq lazım gəlsəydi, mən Ermənistan və Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq iqtidarında olmadığını qeyd edərdim. Düşünürəm ki, çox mühüm fürsət əldən buraxılıb", - deyə Piter Semnebi bildirib.

"Hazırda mən nikbinlik hiss etmirəm. Tərəfləri də ittiham etmək istəmirəm. Ancaq Ermənistan və Azərbaycan münaqişənin həll olunmaması nəticəsində təhlükə və itkilər barədə düşünməlidir. Ermənistanın böyük itkilərə məruz qaldığı göz qabağındadır. Ölkənin nisbi təcrid edilməsi isə Dağlıq Qarabağ münaqişəsinin birbaşa nəticəsidir", - deyə Piter Semnebi bəyan edib.

"Mən çox ümid edirəm ki, sonda Ermənistan liderləri və xalqı nəyin bahasına olursa-olsun, münaqişənin həllinin ölkə üçün daha faydalı olacağı ilə bağlı nəticəyə gələcək",- deyə xüsusi nümayəndə qeyd edib.

Xəbər lenti

Xəbər lenti