...

Ümid Partiyasının ümumrespublika müşavirəsi keçirilib

Siyasət Materials 2 Oktyabr 2006 15:57 (UTC +04:00)

Ümid Partiyasının mərkəzi qərargahında partiyanın ümumrespublika müşavirəsi keçirilib. Bu barədə Trend ə Ümid Partiyasından məlumat verilib.

Müşavirədə partiyanın təşkilatlanma vəziyyəti, təkrar bələdiyyə seçkiləində iştirak, Ümid Partiyasının növbəti qurultayına hazırlıq işləri barədə müzakirələr aparılıb. Partiyanın sədri, millət vəkili İqbal Ağazadə məruzəsində ölkədəki ictimai-siyasi duruma dair fikirlərini diqqətə çatdırıb.

İ.Ağazadə partiyanın ölkənin ümummilli məsələləri ilə yanaşı, sosial-iqtisadi durumu ilə də maraqlandığını deyib. Millət vəkili ölkənin iqtisadi, sosial problemlərinə toxunaraq qeyd edib ki, bu problemləri aradan qaldırmaq üçün ölkədə kifayət qədər resurslar var. Onun sözlərinə görə, neftdən gələn gəlirlər hesabına daxil olan maliyyə resursları lazımi istiqamətə yönəldilsə, ölkədəki iqtisadi, sosial vəziyyət indikindən qat-qat yaxşı olar. İ.Ağazadənin fikrincə, neft strategiyasında ən bəsit, yəni "ərəb modeli" seçilməsi neft gəlirlərinin əhalinin sosial müdafiəsinə, maddi rifah halının yüksəldilməsinə yönəldilmsəsi problemə çevrilir. Partiya sədri məruzəsində Dağlıq Qarabağ məsələsi ətrafında yaranmış vəziyyətə də toxunub.

Sonda 2006-cı ilin sonunadək partiyanın təşkilat-təbliğat məsələsi ilə bağlı qərarlar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti