...

Azərbaycan prezidenti İlham Əliyev Bosniya və Herseqovina Respublikasının rabitə və nəqliyyat nazirini qəbul edib

Siyasət Materials 2 Oktyabr 2006 19:08 (UTC +04:00)

Oktyabrın 2-də Bakıda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bosniya və Herseqovina Respublikasının rabitə və nəqliyyat naziri Branko Dokiçi qəbul edib. Trend xəbər verir ki, İ.Əliyev Bosniya və Herseqovinadan Azərbaycana ilk dəfə rəsmi nümayəndənin gəlməsindən məmnunluğunu bildirib.

Prezident qonağın nəzərinə çatdırıb ki, Azərbaycan dünya ölkələri ilə sıx münasibətlər qurub, o cümlədən Bosniya və Herseqovina ilə də müxtəlif sahələrdə əməkdaşlıq etmək niyyətindədir.

Bosniya və Herseqovinadan Azərbaycana ilk rəsmi nümayəndə qismində gəlməsindən şərəf duyduğunu bildirən Branko Dokiç yaxın gələcəkdə iki ölkə arasında rabitə, informasiya texnologiyaları sahəsində əməkdaşlıq proqramının hazırlanmasının zəruriliyini vurğulayıb. O, Bosniya və Herseqovinanın Azərbaycanla müxtəlif sahələrdə əlaqələri genişləndirmək istədiyini də bildirib.

Xəbər lenti

Xəbər lenti