Oktyabrın 3-də Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən tərkibinin təsdiqlənməsi barədə sərəncam imzalayıb.
Trend in xəbər verdiyi kimi, iqtisadi inkişaf naziri Heydər Babayev komissiyanın həmsədri təyin olunub. Komissiyanın üzvləri isə xarici işlər, maliyyə, sənaye və energetika, nəqliyyat, mədəniyyət və turizm, təhsil, rabitə və informasiya texnologiyaları nazirlərinin müavinləri, o cümlədən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini və Milli Bankın baş direktoru seçilib.
Komissiyaya iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq əlaqələrinin tənzimlənməsi və daha da genişləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirmək tapşırılıb.