...

Yaşar Əliyev: Günün birinci yarısında seçki məntəqələrində hər hansı insident baş verməyib

Siyasət Materials 6 Oktyabr 2006 14:42 (UTC +04:00)
Yaşar Əliyev: Günün birinci yarısında seçki məntəqələrində hər hansı insident baş verməyib

Oktyabrın 6-da günün birinci yarısı ərzində bələdiyyə seçkiləri keçirilən seçki məntəqələrindən Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) hər hansı insident baş verməsi ilə bağlı məlumat daxil olmayıb. Bu barədə Trend ə BŞBPİ-nin rəis müavin Yaşar Əliyev məlumat verib.

603 bələdiyyə üzrə keçirilən təkrar, əlavə, yeni və ilk seçkilərlə əlaqədar seçki məntəqələri ətrafında polis qüvvəsi gücləndirilib. Həmin ərazilərdə xidməti borcunu yerinə yetirən polis əməkdaşları hər hansı bir təxribatın qarşısının alınması istiqamətində təlimatlandırılıb.

Qeyd edək ki, bələdiyyə seçkiləri 82 seçki dairəsinin ərazisində keçirilir və 940 məntəqəni əhatə edir.

Xəbər lenti

Xəbər lenti