...

Moskvada "Rusiyada Azərbaycanın canlı dünyası" mərkəzi inşa ediləcək

Siyasət Materials 6 Oktyabr 2006 20:01 (UTC +04:00)

Rusiyanın iqtisadi inkişaf və ticarət naziri German Qref Azərbaycan prezidenti və baş naziri ilə bugünkü görüşləri məhsuldar adlandırıb. "Onlar yaxın gələcəkdə iqtisadi inkişaf istiqamətində radikal dəyişikliyə və əlverişli şəraitin yaradılmasına köklənib", - deyə G. Qref Azərbaycan-Rusiya İşğüzar Əməkdaşlıq Palatasının üzvləri ilə görüşdə bildirib. O, fəal əməkdaşlığa, mütəmadi keçirilən beynəlxalq forumlarda (iyunda Sankt-Peterburqda və sentyabrın sonu Soçidə) iştiraka çağırıb.

Onun fikrincə, bu cür şəraitdə iqtisadiyyat möhkəm biznes əldə edə bilər və Rusiya qeyri-xammal məhsullar bazarının genişləndirilməsində hər vəchlə maraqlıdır. Bu gün Rusiya ixracının 68%-ni təbii qaz və elektrik enerjisi təşkil edir. "Tezliklə biz kifayət qədər potensiala malik ölkələrə çevriləcəyik. Bizə sizin fəal fəaliyyətiniz çatmır", - deyə rusiyalı nazir qeyd edib. Moskvada əldə olunmuş razılaşmaya əsasən, Rusiyada Azərbaycanın canlı dünyasını özündə tərənnüm edən mərkəz inşa ediləcək. Mərkəzdə Azərbaycan şirkətlərinin nümayəndəlikləri və sərgi kompleksi fəaliyyət göstərəcək.

Rusiya hökumətinin investisiya proqramları barədə məlumat verən nazir özəl sektoru investisiya və vençur fondların maliyyələşdirdiyi layihələrdə iştirak etməyə çağırıb. İnvestisiya Fonduna dövlət infrastruktur layihələr üçün 3 mlrd. rubl sərmayə yatırmağı planlaşdırır. Maliyyələşmə şərtlərinə əsasən, layihəyə 25%-dən az özəl kapital yatırımı zamanı 75% və daha çox hökumət fondun vəsaitləri hesabına iştirak edir. Nazirin sözlərinə görə, artıq tunellərin, yolların inşası kimi layihələr seçilib.

Rusiyanın dövlət büdcəsindən vençur fonda bu il artıq 5 mlrd. rubl yönəldilib və gələn il üçün 10 mlrd. rubl yatırılıb. Ümumilikdə isə $600 mln. vəsait ayrılıb. Bu halda dövlət 51% özəl kapital yatırımı olan layihədə 49% iştirak payını maliyyələşdirməyə hazırdır. Layihə başa çatdıqda 49 % üstəgəl illik 3% dövlətə qaytarılır və bununla da vençur fond kapitallaşdırılır. Bu halda dövlət passiv investor kimi çıxış edir, - deyə G.Qref qeyd edib. Onun sözlərinə görə, bu alətlər biznesin stimullaşdırılması üçün yaradılır.

Xəbər lenti

Xəbər lenti