...

"Azadlıq" blokunun Sədrlər Şurası bir neçə bəyanat qəbul edib

Siyasət Materials 10 Oktyabr 2006 16:28 (UTC +04:00)

Oktyabrın 10-da "Azadlıq" siyasi partiyalar bloku Sədrlər Şurasının toplantısı keçirilib. Bu barədə Trend ə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev məlumat verib.

Görüşdə blokun təsisçiləri - AXCP sədri Əli Kərimli, VİP sədri Əli Əliyev, "Milli Birlik" Hərəkatının lideri Lalə Şövkət və ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu iştirak ediblər.

Əli Əliyev bildirib ki, görüşdə Azərbaycandakı ictimai-siyasi durum, 6 oktyabrda keçirilmiş bələdiyyə seçkilərinin nəticələri, Rusiya-Gürcüstan münasibətlərində yaranmış gərginlik, Rusiyada jurnalistin qətlə yetirilməsi və digər məsələlər barədə müzakirələr aparılıb. Sədrlər Şurası son bələdiyyə seçkilərinə, Rusiya ilə Gücüstan arasındakı problemə və jurnalistlərin qətlə yetirilməsinə dair ayrı-ayrılıqda üç bəyanat qəbul ediblər.

"Azadlıq" bloku Azərbaycana qonşu olan Rusiya və Gürcüstanın gərginliyi danışıqlar yolu ilə aradan qaldırılmasını zəruri sayır, bu problemin hər iki ölkədə dinc insanların həyatı üçün təhlükəli olduğunu bildirir.

Liderlər həmçinin media nümayəndələrinə edilən təzyiqlər və həbslərlə əlaqədar jurnalistlərə dəstək məqsədilə əhali arasında oktyabrın 11-dən imzatoplama kampaniyasına başlayacaq.

Xəbər lenti

Xəbər lenti