Milli Məclisin növbəti iclası oktyabrın 13-də keçiriləcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.
Onu da bildirək ki, növbəti iclasda "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında", "Dövlət borcu haqqında" qanun layihələri və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi məsələsi müzakirə olunacaq.