...

Moskvada Azərbaycan və Qırğızıstan arasında sənədlərin ratifikasiya fərmanları ilə mübadilə mərasimi keçirilib

Siyasət Materials 12 Oktyabr 2006 13:28 (UTC +04:00)

Azərbaycanın Moskvadakı səfirliyində Azərbaycan və Qırğızıstan arasında bir sıra sənədlərin imzalanma mərasimi keçirilib. Bu barədə Trend ə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Sənədləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Qırğızıstanın RF-dəki səfiri Apas Cumaqulov imzalayıb. Ratifikasiya haqqında fərmanlarla mübadilə haqqında aşağıdakı protokollar imzalanıb: Azərbaycan və Qırğızıstan arasında dostluq və əməkdaşlıq haqqında müqavilə; Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında müqavilə; Təhvil haqqında müqavilə.

Mərasim Azərbaycan və Qırğızıstan hökümətlərinin tapşırığı ilə Moskvada keçirilib. Tərəflər imzalanmanın yekununa görə həm siyasi, həm iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli əlaqələrin fəallaşdırılması və möhkəmləndirilməsi işində onların böyük əhəmiyyət daşıdığını bildirib.

Xəbər lenti

Xəbər lenti