...

Zakir Qaralov BMT Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Konvensiyasının sessiyasında çıxış edib

Siyasət Materials 12 Oktyabr 2006 18:19 (UTC +04:00)

Azərbaycanın baş prokuroru Zakir Qaralov BMT Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Konvensiyası ölkələri konfransının 3-cü sessiyasının açılışında məruzə ilə çıxış edib. Bu barədə Trend ə Azərbaycanın Avstriyadakı səfirliyindən məlumat verilib.

Baş prokuror öz çıxışında Azərbaycan hökumətinin Konvensiyanın yerinə yetirilməsi ilə əlaqədar gördüyü işlər, son zamanlarda, xüsusilə Konfransın 2-ci ilə 3-cü sessiyaları aralığında əldə etdiyi nailiyyətlər, mövcud çətinliklər, ümumiyyətlə, ölkədə hüquq-mühafizə sahəsində keçirilən islahatlar və qanunvericiliyin təkmilləşdirilməsi haqda ətraflı məlumat verib. Çıxışda BMT müvafiq Konvensiyanın yerinə yetirilməsi üçün təsis edilmiş Konfransın vacibliyi vurğulanıb.

Z.Qaralov həmçinin Ermənistanın Azərbaycana təcavüzü, onun bütün sahələrə, o cümlədən ölkəmizdə və bütün bölgədə kriminoqen duruma ağır təsiri, həmçinin ölkədə 1 milyona yaxın qaçqın və məcbüri küçkün probleminin əmələ gəlməsi haqda məlumatı sessiya iştirakçıların nəzərinə çatdırıb.

Xəbər lenti

Xəbər lenti