...

Milli Məclis Fransa parlamentinə ikinci etiraz məktubu hazırlayır

Siyasət Materials 13 Oktyabr 2006 12:39 (UTC +04:00)

Milli Məclisin sədri Oqtay Əsədov oktyabrın 12-də Fransa parlamentində qondarma erməni soyqırımı ilə bağlı qəbul edilən məlum qanun layihəsini posləyib. Trend xəbər verir ki, bu barədə spiker oktyabrın 13-də Milli Məclisin növbəti toplantısında bildirib.

Spiker qeyd edib ki, Fransa parlamentində məlum sənədin qəbul edilməsi demokratiya və insan azadlıqlarına ziddir. O.Əsədov bu sənədin qəbulunda Fransada fəaliyyət göstərən erməni lobbisinin də az rol oynamadığını bildirib.

Qərara alınıb ki, Milli Məclis adından Fransa parlamentinə ikinci etiraz məktubu hazırlamaqla bağlı komissiya yaradılsın. Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə yaradılan komissiya etiraz məktubunu hazırlayır.

Xəbər lenti

Xəbər lenti