...

"İrəli" ÜGH Avropa strukturlarının mərkəzi qərargahlarının Fransadan köçürülməsi təklfini verib

Siyasət Materials 13 Oktyabr 2006 16:18 (UTC +04:00)

"İrəli" Ümumrespublika Gənclər Hərəkatı (ÜGH) Fransa parlamentində "erməni soyqırımını inkar edən şəxsə cinayət məsuliyyətini" nəzərdə tutan qanun lahiyəhəsinin qəbul olunmasına etiraz edib. Bu barədə Trend ə adıçəkilən hərəkatın həmtəsisçisi Fərhad Məmmədov bildirib.

Qeyd olunub ki, bu biabırçı və sağlam məntiqə sığmayan qanun demokratiyanın əsas sütunlarından sayılan - söz və fikir azadlığını, insan azadlığını məhdudlaşdırır. Uydurma "erməni soyqırımı"nı illərlə "unudan" və lazimi vaxtda yenidən "yada salan" Avropa siyasətçiləri öz siyasətində erməni kartından istifadə edir. Əfsuslar olsun ki, dünyaya "demokratiyanı öyrədən" Avropa ölkələrindən olan Fransa belə anti-demokratiklik göstərərək, ikilistandartlarlı siyasətin bariz nümunəsini nümayiş etdirib.

Adıçəkilən hərəkat Azərbaycan vətəndaşlarına birbaşa olaraq təhlükə mənbəyinə çevrilən Fransaya qarşı tədbirlər görməyə çağırıb. İlk növbədə, Avropa strukturlarının mərkəzi qərargahları Fransanın Strasburq və Lion şəhərlərindən köçürülməsi haqqında tələb qoyulmalıdir, çünki AŞPA-nin iclaslarinda iştirak edəcək Azərbaycan nümayəndə heyəti potensial olaraq qəbul olunmuş qanunun cinayət obyektinə çevrilir.

Xəbər lenti

Xəbər lenti