...

Millət vəkili Sabir Rüstəmxanlı Rusiyaya səfərə gedib

Siyasət Materials 17 Oktyabr 2006 13:09 (UTC +04:00)

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı oktyabrın 17-də Rusiya Federasiyasına səfərə yola düşüb. Bu barədə Trend ə VHP-dən məlumat verilib.

VHP sədri 18-19 oktyabrda Rusiya Dövlət Dumasında Avropa Şurasının və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) təşkilatçılığı ilə "Demokratiya quruculuğunda siyasi partiyaların rolu" mövzusunda keçiriləcək beynəlxalq forumda iştirak edəcək. Millət vəkili S.Rüstəmxanlının forumda çıxışı da gözlənilir.

VHP sədrinə rəsmi dəvət məktubu Avropa Şurasının baş katibi Terri Devis, Avropa Şurası Parlament Assanbleyasının prezidenti Ren Van Linder və Rusiya Dövlət Dumasının sədri Boris Qrızlov tərəfindən göndərilib.

Qeyd edək ki, müxalifətyönlü Vətəndaş Həmrəyliyi Partiyası Milli Azadlıq Hərəkatının liderlərindən olan Sabir Rüstəmxanlının rəhbərliyi altında 1992-ci ildə yaradılıb. Partiyanın sədri millət vəkili, xalq şairi S.Rüstəmxanlı 1991-95-ci illərdə mətbuat və informasiya naziri, 2003-cü il prezident seçkilərində isə prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti