...

Azərbaycan prezidenti "Azərenerji" ASC işçilərini "Tərəqqi" ordeni ilə təltif edib və "Əməkdar mühəndis" fəxri adı verib

Siyasət Materials 19 Oktyabr 2006 20:18 (UTC +04:00)

Trend xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev ölkə energetikasının inkişafındakı xidmətlərinə görə "Azərenerji" ASC işçilərinə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Şixməmməd Aslanova, Gülağa Bəşirova, Saleh Məmmədova "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı verilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan energetikasının inkişafındakı xidmətlərinə görə Azərenerji" ASC-nin 8 əməkdaşı "Tərəqqi" ordeni ilə təltif olunub.

Xəbər lenti

Xəbər lenti