...

Azərbaycan-Yaponiya hökumətlərarası İqtisadi Komissiyasının iclası Bakıda keçiriləcək

Siyasət Materials 20 Oktyabr 2006 18:47 (UTC +04:00)

Noyabrın ilk ongünlüyündə Bakıda Azərbaycan-Yaponiya hökumətlərarası İqtisadi komissiyasının iclası keçiriləcək. Trend in Yaponiya Səfirliyinə istinadən yaydığı xəbərə görə, hazırda iclasın gündəliyi dəqiqləşdirilir.

Bu ilin martında prezident İlham Əliyevin Yaponiyaya rəsmi səfəri zamanı imzalanmış sazişlərin reallaşdırılması məsələsi iclasda müzakirə ediləcək və bir sıra yeni sənədlər imzalanacaq.

Qeyd edək ki, Azərbaycan tərəfdən baş nazirin müavini Abid Şərifov komissiyaya rəhbərlik edir.

Xəbər lenti

Xəbər lenti