...

İordaniyanın baş naziri noyabrın 6-da Bakıya gələcək

Siyasət Materials 25 Oktyabr 2006 13:30 (UTC +04:00)
İordaniyanın baş naziri noyabrın 6-da Bakıya gələcək

Noyabrın 6-9-da İordaniyanın baş naziri Maruf əl-Bahitin (Marouf Bakhit) rəhbərlik etdiyi hökumət nümayəndə heyəti Azərbaycana səfər edəcək. Bu barədə Trend ə Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı məlumat verib.

Səfər zamanı baş naziri bir neçə nazirin və İordaniya işgüzar dairələrinin 20-dək nümayəndəsinin daxil olduğu nümayəndə heyəti müşayiət edəcək. "Səfərdə məqsəd iki ölkə arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, o cümlədən İordaniya kralı II Abdullanın bu il 22-23 avqustda Azərbaycana rəsmi səfəri zamanı əldə olunmuş razılaşmaların gerçəkləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsindən ibarətdir", - deyə səfir qeyd edib.

E.Araslı bildirib ki, nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində ölkə rəhbərliyi ilə görüşlərin, o cümlədən biznes-forum və ticarət-sənaye sərgisinin keçirilməsi planlaşdırılır.

Diplomat əlavə edib ki, səfər ərəfəsində Azərbaycan və İordaniya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılacağı gözlənilir. Hər iki tərəfdən komissiyanın rəhbərləri nazirlər təyin olunacaq.

Baş nazirin səfəri çərçivəsində bəzi sahələrdə ikitərəfli əməkdaşlığın inkişafına dair bir sıra sənəd imzalanacaq. Hazırda sənədlər müzakirədədir.

Xəbər lenti

Xəbər lenti