...

İran səfirinin müvəqqəti işlər üzrə müvəkkili: Azərbaycanın imkansız ailələrinə humanitar yardım göstərmək insani və islami vəzifəmizdir

Siyasət Materials 26 Oktyabr 2006 18:41 (UTC +04:00)

"Azərbaycanın imkansız ailələrinə humanitar yardım göstərmək insani və islami vəzifəmizdir". Trend in xəbərinə görə, bu barədə jurnalistlərə İran İslam Respublikasının Azərbaycandakı səfirinin müvəqqəti işlər üzrə müvəkkili Məhəmməd Rza Rəşid məlumat verib.

Məhəmməd Rza Rəşid bildirib ki, Komitənin Bakıdakı nümayəndəliyi yeni ünvana köçdüyü üçün təşkilatın üzvləri bir müddət humanitar yardım almaqdan məhrm olublar. Lakin artıq problem öz həllini tapıb.

"İmdad Komitəsinin xətti ilə Bakıya yüklə dolu 11 maşın gəlib. Yaxın bir neçə gün ərzində yardımlar ünvanlarına çatacaq. Necə ki, Azərbaycan xalqı İran xalqının dar günündə yardım əlini uzadır, İran xalqı da daim Azərbaycan xalqına qarşılıqlı yardım göstərməkdə davam edir", - deyə Məhəmməd Rza Rəşid söyləyib.

Xəbər lenti

Xəbər lenti