...

Cənubi Qafqaz PA Təşəbbüs Qrupuna sədrlik dekabrda Azərbaycana keçəcək

Siyasət Materials 26 Oktyabr 2006 18:51 (UTC +04:00)
Cənubi Qafqaz PA Təşəbbüs Qrupuna sədrlik dekabrda Azərbaycana keçəcək

Trend-i buradan izləyin

Cənubi Qafqaz Parlament Assambleyası (PA) Təşəbbüs Qrupunun dekabrda keçiriləcək II iclasında sədrlik Azərbaycana veriləcək. Bu barədə Trend ə Azərbaycanın Cənubi Qafqaz PA Təşəbbüs Qrupundakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səyavuş Novruzov bildirib.

S.Novruzov qeyd edib ki, iclasda üç əsas məsələ müzakirə olunacaq: "Əsasən sədrlik məsələsi müzakirə olunacaq. Qaydaya görə sədrlik missiyası altı aydan bir digər ölkəyə verilir. Bu dəfə növbə Azərbaycanındır". Millət vəkili onu da vurğulayıb ki, adıçəkilən qurumun ötən iclasında ekoloji məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın nümayəndə heyəti Kürün, Arazın müəyyən maddələrlə zəhərlənməsi, ərazilərimizin, meşələrin yandırılması və ekologiyaya zərər vuran digər məsələlərin gündəmə gətirildiyini bildirib: "Nəqliyyat dəhlizləri və onların təhlükəsizliyi məsələsi, Cənubi Qafqazın Avropaya inteqrasiyası və qurumun qanunvericilik toplusunun avropa standartlarına uyğunlaşdırılması məsələləri də müzakirə olunacaq".

S.Novruzov onu da qeyd edib ki, noyabr ayında Belçikada adıçəkilən qurumun Rəyasət Heyətinin toplantısı keçiriləcək.

Qeyd edək ki, Böyük Britaniyanın LİNKS qeyri-hökumət təşkilatının təşkilatçılığı ilə Cənubi Qafqaz Parlament Assambleyası Təşəbbüs Qrupunun I iclası iyulun 20-24-də Londonda keçirilib.

Xəbər lenti

Xəbər lenti