...

Azərbaycanın gənclər və idman naziri: Biz şadıq ki, bizim moldovalı həmkarlarımız ilə sazişimiz real qüvvəyə malikdir

Siyasət Materials 26 Oktyabr 2006 19:04 (UTC +04:00)
Azərbaycanın gənclər və idman naziri: Biz şadıq ki, bizim moldovalı həmkarlarımız ilə sazişimiz real qüvvəyə malikdir

Biz şadıq ki, bizim sazişimiz real qüvvəyə malikdir və onun bəndləri tədricən həyata keçirilməyə başlayır. Trend xəbər verir ki, bu barədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Moldovanın maarif və gənclər nazirinin müavini Valentin Krudunun başçılığı ilə nazirliyin nümayəndə heyətinin gəlişinə həsr olunmuş mətbuat konfransında bildirib.

A.Rəhimov vurğulayıb ki, tərəflər arasında dialoq əsasən iki ölkə nazirliklərinin fikir və iş təcrübəsi mübadiləsinə həsr olunub. Öz növbəsində, V.Krudu vurğulayıb ki, Azərbaycanda gənclər üçün bir çox maraqlı tədbirlər keçirilir və onlar Moldova üçün də nümunə ola bilər.

Jurnalistlərin suallarına cavab verən nazir müavini qeyd edib ki, nazirlik gənc mütəxəssislərin işlə təmin olunması üçün bir sıra tədbirlər hazırlayıb. "Kənd yerlərində gənc kadrların fəaliyyətini təşviq etmək üçün onların əmək haqqına xüsusi əlavə nəzərdə tutulur", - deyə qonaq nümunə kimi göstərib.

Xəbər lenti

Xəbər lenti