...

Hafiz Paşayevin kitabının təqdimatı keçiriləcək

Siyasət Materials 31 Oktyabr 2006 12:32 (UTC +04:00)
Hafiz Paşayevin kitabının təqdimatı keçiriləcək

Trend in xəbər verdiyi kimi, noyabrın 2-də Bakı Dövlət Universitetində Azərbaycanın ABŞ-dakı keçmiş səfiri, hazırda xarici işlər nazirinin müavini və Diplomatik Akademiyanın rektoru Hafiz Paşayevin "Zirvələrə doğru" ("RACING UP HILL", "Podnimaəsğ na xolm") adlı kitabının təqdimatı keçiriləcək.

Kitab Azərbaycanın müstəqillik əldə etməsindən sonra Amerika ilə münasibətləri tarixinin yaranması ilə bağlı zəngin salnamədir. Bura ikitərəfli münasibətlərdə ilk manelələri və nailiyyətləri əks etdirən materiallar daxil edilib. Kitab lobbiçilik üçün də yaxşı vasitədir.

Kitabın təqdimatı Azərbaycan hökuməti və parlament üzvləri, ölkə ziyalıları, tələbə və QHT nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti