...

Noyabrın sonunadək USAID Diplomatik Akademiyasının konseptual əsasının maliyyələşdirilməsi layihəsinə cavab verəcək

Siyasət Materials 2 Noyabr 2006 17:46 (UTC +04:00)

ABŞ-ın Ticarətin inkişafı üzrə agentliyi noyabrın sonunadək Azərbaycan Diplomatik Akademiyasının konseptual əsasının maliyyələşdirilməsi layihəsinə cavab verəcək. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini, akademiyanın rektoru Hafiz Paşayev məlumat verib.

Layihə bu il payızın əvvəlində agentliyin müzakirəsinə verilib. Layihədə 3 mərhələ nəzərdə tutulub: Azərbaycanın nazirlik və beynəlxalq qurumlar və ölkələrlə işləyən idarələrinin əməkdaşlarının ixtisasının artırılması üzrə kursların təşkili, biznes, ekologiya, diplomatiya, beynəlxalq jurnalistika, energetika və təhlükəsizlik və başqa sahələri əhatə edən magistratura üzrə proqramların reallaşdırılması; bakalavriat. Rektorun sözlərinə görə, yerli mütəxəssislərlə yanaşı tədris prosesinə dünya miqyasında şöhrət qazanmış alim və mütəxəssislər cəlb olunacaq.

Akademiyada təhsil pullu olacaq, dövlət qurumları əməkdaşlarının keçdiyi kursları ödəyəcəklər. Həmçinin əcnəbilər, əsasən ərəb ölkələrinin vətəndaşları Akademiyada təhsil almaq üçün cəlb olunacaqlar. Rektorun sözlərinə görə, akademiya Fondunun yaradılması planlaşdırılır.

H.Paşayev qeyd edib ki, Akademiya şəhərciyinin yaradılması planlaşdırılır, burada akademiya binasından başqa həmçinin elmi mərkəz də olacaq. Şəhərciyin tikintisi üçün ərazinin şəhərdən kənarda seçilməsi planlaşdırılır. H.Paşayevin sözlərinə görə, Akademiya şəhərciyi politoloq, jurnalist, müxtəlif yönümlü mütəxəssisləri bir yerə toplayan "beyin mərkəzi" olmalıdır. Onlar burada müxtəlif müzakirələr keçirməli, tanınmış politoloqların mühazirələrini dinləyə bilməlidirlər.

Xatırladaq ki, Azərbaycan prezidenti Diplomatik Akademiyanın təsis olunması haqqında sərəncamı bu ilin fevral ayında verib, iyul ayında isə H.Paşayev akademiyanın rektoru təyin olunub. Bu vəzifəyə təyin olunanadək Hafiz Paşayev Azərbaycanın ABŞ-dakı səfiri vəzifəsində çalışıb.

Xəbər lenti

Xəbər lenti