...

Azərbaycan prezidenti Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi üzrə Məsləhət Şurasının üzvlərini qəbul edib

Siyasət Materials 2 Noyabr 2006 17:50 (UTC +04:00)

Noyabrın 2-də Azərbaycan prezidenti İlham Əliyev Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi üzrə Məsləhət Şurasının üzvlərini qəbul edib. Bu barədə Trend xəbər verir.

Məsləhət Şurasının üzvü Styuart Eyzenştat Səngəçal terminalı ilə tanış olduqdan sonra qeyd edib ki, orada böyük işlər görülür. Diqqətəlayiq amillərdən biri orada tədris mərkəzlərinin olmasıdır. Hər il bu mərkəzdə terminalda işləmək üçün 120 mütəxəssis hazırlanır.

İlham Əliyev tədris mərkəzində keçirilən məşğələlərin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək, əlavə edib ki, məşğələlər uğurla aparılır. "Biz Azərbaycanın inkişaf etməkdə olan enerji sahəsinin həmişə bacarıqlı kadrlarla təmin olunmasına səy göstəririk", - deyə prezident qeyd edib. Həm Səngəçalda, həm də digər yerlərdə yerli kadrların işləməsinin əhəmiyyətini vurğulayan dövlət başçısı qeyd edib ki, hazırda azərbaycanlılar həm sıravi, həm də yüksək vəzifələrdə örnəkdirlər. Prezident əminliklə bildirib ki, gələcəkdə bu sahədə daha böyük işlər görüləcək.

Xəbər lenti

Xəbər lenti