Türkiyə Özəlləşdirmə İdarəsinin rəhbərliyinin dəvəti ilə Kərəm Həsənovun başçılıq etdiyi Azərbaycan Dövlət Əmlakının İdarə olunması üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Ankarada səfərdədir. Bu barədə Trend in Türkiyədəki xüsusi müxbiri xəbər verib. Ölkəyə səfər zamanı onu müavini Azər Bəşirov və köməkçisi Anar İsayev müşayiət edir.
Səfər çərçivəsində artıq məlumat və bilik mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə məramlar, eləcə də birgə məsləhətləşmələrin aparılması haqqında protokol imzalanıb. Ankaradakı danışıqlar zamanı özəlləşdirmə üzrə təcrübə mübadiləsi sahəsində əməkdaşlığın genişləndirməsi məsələləri müzakirə olunub.
Türkiyə Özəlləşdirmə İdarəsi nümayəndələrinin Azərbaycana 2007-ci ilin martında nəzərdə tutulan qarşılıqlı səfəri haqqında razılıq əldə olunub.