...

Azərbaycan və Avropa Birliyi parlamentariləri dekabr ayında görüşəcəklər

Siyasət Materials 9 Noyabr 2006 11:50 (UTC +04:00)

Dekabrın 13-14-də Brüsseldə Avropa Birliyi -Azərbaycan parlament əməkdaşlığı komitəsinin toplantısı keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın Belçikadakı səfirliyindən məlumat verilib.

Toplantıda Azərbaycan parlamentinin nümayəndə heyətinə Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov başçılıq edəcək. Toplantıda tərəflər arasında əməkdaşlığın hazırki səviyyəsi müzakirə olunacaq, gələcək üçün planlar qurulacaq.

Əvvəlcə Avropa Birliyi -Azərbaycan parlament əməkdaşlığı komitəsinin toplantısının noyabrın 21-22-də keçirilməsi planlaşdırılırdı, lakin iclas texniki səbəblərdən təxirə salındı.

Xəbər lenti

Xəbər lenti