...

Terri Devis: Cənubi Osetiyada referendum lazımsız, faydasız və ədalətsizdir

Siyasət Materials 14 Noyabr 2006 12:20 (UTC +04:00)
Terri Devis: Cənubi Osetiyada referendum lazımsız, faydasız və ədalətsizdir

"Cənubi Osetiyada referendum lazımsız, faydasız və ədalətsizdir". Avropa Şurasının baş katibi Terri Devis Gürcüstanın separatçı regionunda keçirilmiş səsverməni belə qiymətləndirib. Trend in xəbər verdiyi kimi, bu barədə AŞ-nin məlumatında deyilir.

Terri Devis qeyd edib ki, səsvermənin nəticələri beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq. O bildirib ki, bu səsvermə sülh yolu ilə siyasi həllin tapılmasına imkan verməyib və səsverməyə etnik gürcülərin buraxılmaması faktını nəzərə alsaq, onun keçirildiyi şərait bu prosesi yersiz edir.

Xəbər lenti

Xəbər lenti