...

Azərbaycan deputatları İranda səfərdədir

Siyasət Materials 14 Noyabr 2006 13:14 (UTC +04:00)

Azərbaycan Milli Məclisinin deputatları Hadı Rəcəbli və Ərəstun Cavadov Tehranda səfərdədir. Milli Məclisin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, deputatlar Sülh Naminə Asiya Parlament Assosiasiyasının VII Baş Assambleyasının işində və İran parlamentinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak edir.

İclasda regional əməkdaşlığın genişləndirilməsi, Asiyada sülhün bərqərar olması, insan haqlarının qorunması və digər məsələlər müzakirə olunur. Bundan başqa, İcraiyyə Komitəsi və işçi qruplarının siyasət, iqtisadiyyat və təhlükəsizlik sahəsində hesabatları dinləniləcək.

Səfər noyabrın 16-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti