...

Azad Rəhimov: GUAM ölkələrinin Gənclər Forumu təxirə salına bilər

Siyasət Materials 15 Noyabr 2006 13:08 (UTC +04:00)

"GUAM-a üzv ölkələrin Gənclər Forumu təxirə salına bilər". Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bəyan edib.

O qeyd edib ki, artıq Azərbaycan Forumun dəqiq tarixini təyin edib. Forum noyabrın 27-də keçiriləcək. Ancaq GUAM ölkələrindən birində - Ukraynada Gənclər və İdman Nazirliyinin fəaliyyəti ilə bağlı prosesin getməsi ilə əlaqədar bu ölkənin forumda iştirakı çətinləşir.

"Əgər GUAM-a üzv ölkələrdən biri bu Forumda iştirak etməsə, bu təşəbbüs mənasını itirəcək", - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti