İlham Əliyev: Azərbaycan Yaponiya şirkətləri ilə əməkdaşlığın inkişafında maraqlıdır
"Azərbaycan iqtisadi layihələrin gerçəkləşdirilməsində Yaponiya şirkətləri ilə əməkdaşlığın inkişafında maraqlıdır. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakıda Azərbaycan-Yaponiya hökumətlərarası komissiyanın 4-cü iclasının iştirakçıları ilə görüşdə bəyan edib.
Dövlət başçısı Yaponiyaya rəsmi səfərindən sonrakı dövr ərzində ikitərəfli əməkdaşlığın uğurlu inkişafını qeyd edib.
Yaponiya nümayəndə heyətinin rəhbəri, Itochu şirkətinin vitse-prezidenti Yokoto Akira ikitərəfli əlaqələrin yaxşı səviyyəsini qeyd edərək, əmin olduğunu bildirib ki, hazırkı iclasın yekunları əməkdaşlığın inkişafına daha böyük töhfə verəcək.