"İran böyük ölkədir və orada Azərbaycanla normal münasibətlərdə, bu münasibətlərin inkişafında maraqlı olmayan müəyyən qüvvələr var və bununla əlaqədar olaraq bü qüvvələr müəyyən addımlar ata bilər. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan prezidentinin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycanın İrandakı səfirliyi qarşısında piketlərin keçirilməsi və nəticədə Azərbaycana qarşı şüarların səsləndirilməsi ilə bağlı KİV-in məlumatını şərh edərkən bəyan edib.
"Bizim üçün ən başlıcası odur ki, Azərbaycanın İranla münasibətləri rəsmən yüksək səviyyədədir və inkişaf edir. Əgər ikitərəfli münasibətlərdə həqiqətən də aydınlıq gətirilməsi lazım olan məsələlər vrasa, o zaman biz Azərbaycanın İrandakı səfirliyinə müraciət edəcəyik və müvafiq addımlar atacağıq" - deyə N.Məmmədov əlavə edib.