...

Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədən 3 rəssam Almaniyada sərgidə iştirak edəcək

Siyasət Materials 22 Noyabr 2006 18:00 (UTC +04:00)

Bu yaxınlarda Gəncədə yaşayan rəssam Səbinə Xurşudova Almaniyada keçiriləcək rəsm sərgisində iştirak edəcək. Bu barədə məlumatıTrendə Gənc Heydərçilər Rəsm Qalereyasının rəhbəri Təranə Namazova verib.

Onun sözlərinə görə, S.Xurşudova bacarıqlı rəssamdır, bu yaxınlarda Tofiq İsmayılov adına Uşaq Rəsm Qalereyasında keçirilən sərgidə iştirak edib və mükafat alıb. Müsahib qeyd edir ki, Almaniya səfərinə lazım olan xərcləri Heydər Əliyev Fondu ödəyəcək. Namazova onu da bildirdi ki, Səbinədən başqa daha iki gənc rəssam Almaniyada keçirilən sərgiyə qatılacaq.

Trend xəbər verir ki, bu gün Gəncədə 24 yaşlı S. Xurşudovanın rəsm sərgisi keçirilib, rəssamın təbiət mənzərələrinə həsr olunmuş əsərləri nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti