...

Dövlət Komitəsinin sədri Hicran Hüseynova: "Qadınların bəziləri zorakılığı artıq həyat tərzi kimi qəbul edirlər "

Siyasət Materials 23 Noyabr 2006 12:24 (UTC +04:00)
Dövlət Komitəsinin sədri Hicran Hüseynova: "Qadınların bəziləri zorakılığı artıq həyat tərzi kimi qəbul edirlər "

"Azərbaycan qadınlarının əksəriyyəti öz hüquqlarını bilmir. Hətta bəzi qadınlar onlara qarşı zorakılıq hallarını həyat tərzi kimi qəbul edirlər". Trend in məlumatına görə, bu fikirləri noyabrın 23-də "Qadın əleyhinə zorakılığın dayandırılması" layihəsinin yekun konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

O qeyd edib ki, qadınların Dövlət Komitəsinə etdiyi müraciətlərin əksəriyyəti məhz zorakılıq halları ilə bağlıdır. H.Hüseynova bildirib ki, cəmiyyətdə qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün maarifləndirmə işi aparılmalıdır. Sonra o, Dövlət Komitəsinin, BMT-nin Əhali Fondunun, Qaçqın və məcburi köçkün Gənclər Təşkilatının birgə həyata keçirdiyi "Qadın əleyhinə zorakılığın dayandırılması" layihəsi barədə məlumat verib.

Konfrasda ailə zorakılığına, qadınların və uşaqların hüquqlarının pozulması hallarına həsr olunmuş kliplər nümayiş etdirildi. Bu reklam çarxlarında qadınların, uşaqların hüquqlarının pozulmamasına çağırışlar edilir.

BMT-nin Əhali Fondunun gender və ictimayi əlaqələr üzrə müşaviri Nigina Abbaszadə "Qadın əleyhinə zorakılıq - insan hüquqlarının pozulmasıdır" mövzusunda məruzə edib. O, qadınlara qarşı zorakılınq hallarının onların cəmiyyətdə fəal iştirakına mane olduğunu, uşaqların psigolosiyasında sarsıntı yaratdığını, həmçinin ölkənin iqtisadi inkişafını ləngitdiyini deyib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova "Qadın hüquqları sahəsində Azərbaycan qanunvericiliyi" mövzusunda məruzə edib. Azərbaycan Konstitusiyasında və digər qanunlarında təsbit olunmuş qadın hüquqları barədə məlumat verib.

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Nazim Ələkbərov "Məhkum qadınların hüquqi vəziyyəti" mövzusunda məruzə ilə çıxış edib. Onun sözlərinə görə, Azərbaycanda qadın cinayətlərinin o gədər də yüksək olmadığını, qanunlarımızın qadınlarla yümşaq davrandığını deyib. Ayrı-ayrı cinayət növləri üzrə məhkum edilmiş qadınlar haqqında statistik məlumatları diqqətə çatdıran N.Ələkbərov əlavə edib ki, qadınların cinayət törətməsinin əsas səbəbləri daha çox ailə vəziyyəti, maddi çətinliklər, müdafiə olunmamaları, qayğı və diqqətdən kənar qalmaları ilə bağlıdır.

Konfrans işini davam etdirir.

Xəbər lenti

Xəbər lenti