...

Enn Dersi: ABŞ Azərbaycan hökumətini ANS teleradio şirkətinin bağlanması məsələsinə yenidən baxmağa çağırır

Siyasət Materials 29 Noyabr 2006 12:40 (UTC +04:00)
Enn Dersi: ABŞ Azərbaycan hökumətini ANS teleradio şirkətinin bağlanması məsələsinə yenidən baxmağa çağırır

"ABŞ Azərbaycan hökumətini ANS teleradio şirkətinin bağlanması məsələsini yenidən nəzərdən keçirməyə çağırır". Trend in xəbər verdiyi kimi, bu barədə noyabrın 29-da ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bəyan edib.

Səfir hesab edir ki, "Azərbaycanın aparıcı KİV-nin bağlanması xüsusilə "Azadlıq" qəzetinin yerləşdiyi ofisdən çıxarılması haqqında qərardan sonra ölkədə mətbuatın azadlığına zərbədir".

E.Dersi Azərbaycanın mətbuat azadlığı və demokratiya ilə bağlı öhdəliklərini xatırladaraq, qeyd edib ki, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar hökuməti bu qərara yenidən baxmağa çağırır.

Xəbər lenti

Xəbər lenti