Türkiyə Respublikası İqdır vilayətinin nümayəndə heyəti Naxçıvanda olub. Trend in Naxçıvan bürosu xəbər verir ki, nümayəndə heyətinin tərkibində adıçəkilən vilayətin valisi Saim Saffet Karahisarlı, bələdiyyə başkanı Nurəddin Aras, vilayətin prokuroru Mustafa Küçük, əmniyyət müdiri Yusif Calkvur və iş adamları təmsil olunub.
İqdır malisini Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov da qəbul edib. Rəsmi görüşdə iki ölkə arasındakı ticarət əlaqələri, Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ticarət dövriyyəsindən danışılıb.
Tədbirdə Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulu Həsən Zeynalov, Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulu İsmayıl Sefa Yüceer də iştirak edib.
Məlumat üçün deyək ki, Türkiyə ilə Naxçıvan arasında il ərzində 40 mln ABŞ dolları həcmində ticarət aparılır. Bu isə Naxçıvan MR-in ümumi xarici ticarət əlaqələrinin 38-40%-ni təşkil edir.