...

Fikrət Məmmədov: Ədliyyə orqanlarına işə qəbulla əlaqədar test imtahanında namizədlərdən 50 faizinin uğur qazanması müsbət göstəricidir

Siyasət Materials 11 Dekabr 2006 14:25 (UTC +04:00)
Fikrət Məmmədov: Ədliyyə orqanlarına işə qəbulla əlaqədar test imtahanında namizədlərdən 50 faizinin uğur qazanması müsbət göstəricidir

Ədliyyə orqanlarına işə qəbulla əlaqədar keçirilən test imtahanında namizədlərdən 50 faizinin uğur qazanması müsbət göstəricidir. Trend in xəbərinə görə, bu barədə dekabrın 11-də jurnalistlərə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov məlumat verib.

"Ədliyyə orqanında qulluqkeçmə dövlət qulluğunun xüsusi bir növüdür. Demokratikləşmə prosesinə uyğun olaraq ədliyyə orqanına qəbul açıq müsabiqə yolu ilə həyata keçirilir. Müəyyən olunmuş qaydalara uyğun olaraq 4 ay ərzində namizədlərin sənədləri qəbul olunub və ədliyyə orqanına işə qəbulla əlaqədar ilk dəfə test üsulu ilə imtahan keçirilib. 50 faiz namizədin bu imtahanda müvəffəqiyyət qazanması işə qəbulla əlaqədar digər imtahanlarla müqayisədə yaxşı göstəricir. Ən başlıcası isə bizim hüquqşünaslarımızda bu cür demokratik üsullarla keçirilən tədbirlərə inam artır" - deyə F.Məmmədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti