...

Bişkekdə Heydər Əliyevin xatirə günü münasibətilə tədbir keçirilib

Siyasət Materials 14 Dekabr 2006 12:27 (UTC +04:00)

Bişkekdə ümummilli lider Heydər Əliyevin vəfatının üçüncü il dönümü münasibətilə xatirə günü keçirilib. Bu barədə Trend ə Heydlər Əliyev Fodunun Bişkek filialından Nüsrət Məmmədov məlumat verib.

Fondun filialının təşəbbüsü ilə təşkil olunmuş tədbirdə Qırğızıstan standartlaşma və metrologiya üzrə institutunun direktoru P.Ataxanov, Qırğızıstan prezidenti administrasiyasının hüquqi siyasət şöbəsinin müdir müavini M.Sultanov, Prezident administrasiyası dövlət idarəsinin təşkilati iş və siyasət şöbəsinin dövlət müfəttişi B.Cumanazarov, diaspor nümayəndələri iştirak ediblər. İştirakçılar dahi şəxsiyyətin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığı barədə, onun Azərbaycan xalqı, dünyanın türkdilli xalqları, eləcə də keçmiş SSRİ xalqları üçün etdiyi əvəzsiz xidmətlərindən danışıblar.

Xəbər lenti

Xəbər lenti