...

Rusya Federasiyası Ticarət Palatasının nümayəndələri Gəncədə olublar

Siyasət Materials 16 Dekabr 2006 11:55 (UTC +04:00)

Rusya Federasiyası Ticarət Palatasının Azərbaycan təmsilçisi Yuri Şedrin 3 nəfərdən ibarət heyətlə Gəncədə olub. Trendin Qərb Bürosunun verdiyi məlumata görə nümayəndə heyəti əvvələcə şəhər İcra Hakimiyyəti başçısını müavinləri ilə görüşüb, sonra Gəncə Avtomobil Zavodunda olublar. Yuri Şedrin müsahibəsində bildirib ki, gəlişinin məqsədi regionun iqtisadiyatı ilə maraqlanmaqdır.

"Mən çox təəssüf edirəm ki, Belarus və Çin Xalq Respublikası Rusiyanı qabaqlayaraq Gəncə Avtomobil Zavodu ilə əməkdaşlıq edirlər. Düzdür, əvvələr GAZ-ın "UAZ"la əlaqələri olub. Lakin sonradan əlaqələr pozulub. Gəlişimizin digər səbəbi də ondan ibarətdir ki, pozulmuş əlaqələrin səbəbini öyrənək" - deyə Yuri Şedrin bildirib.

Müsahibin sözlərinə görə, Rusiyanın "KAMAZ" şirkəti gələcəkdə GAZ-la işbirliyi qurmaq fikri üzərində düşünür. Y. Şedrin GAZ-ın yaxşı əməkdaş olduğuna inandığını qeyd edib. Y.Şedrin onu da əlavə edib ki, Rusiya Azərbaycanda yeni alüminium zavod tikmək niyyətindədir. Bu zavodun istehsal gücü 300 000 ton olacaq. Layihənin dəyəri isə 1 milyard 300 min dollardır.

Nümaynədələr bu gün Tovuz və Qazax rayonunda olublar. Rayonların iqtisadi imkanları ilə maraqlanıblar.

Xəbər lenti

Xəbər lenti