...

Bərdədə mal və qoyun ətinin qiyməti enib

Siyasət Materials 16 Dekabr 2006 14:30 (UTC +04:00)

Bərdədə son bir neçə gündə ticarət obyektlərində mal və qoyun ətinin qiyməti xeyli aşağı düşüb. Trend in bölgə müxbiri xəbər verir ki, mal əti 4 manatdan 3 manat 60 gəpiyə, qoyun əti isə 4 manat 40 gəpikdən 4 manata enib. Ətin qiymətinin aşağa düşməsini rayonun bəzi sakinləri adi hal hesab edir, digərləri isə mal-qarada olan xəstəliklə əlaqələndirilər.

Məsələyə münasibət bildirən Bərdə rayon baytarlıq idarəsinin rəisi Aydın Məmmədov ətin qiymətinin enməsinin səbəbini bazarda heyvanların qiymətinin aşağı düşməsi və bunun da səbəbini ot və yemin ucuzlaşması ilə əlaqədar olduğunu bildirir.

Xəbər lenti

Xəbər lenti