...

Azərbaycan və Avropa Birliyi parlamentarilərinin növbəti görüşü Azərbaycanın gözəl guşələrindən birində keçiriləcək

Siyasət Materials 16 Dekabr 2006 14:44 (UTC +04:00)
Azərbaycan və Avropa Birliyi parlamentarilərinin növbəti görüşü Azərbaycanın gözəl guşələrindən birində keçiriləcək

Avropa Birliyi - Azərbaycan parlament əməkdaşlığı Komitəsinin növbəti iclası 2007-ci ilin sentyabrında, Azərbaycanın gözəl guşələrindən birində keçiriləcək. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Avropa Şurasındakı nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov xəbər verib.

Avropa Birliyi - Azərbaycan parlament əməkdaşlığı Komitəsinin dekabrın 13-14-də Starsburqda keçirilmiş iclasının yekunlarından danışarkən A. Məmmədov bildirib ki, yekun olaraq qətnamə qəbul olunub. "O, bizi tamamilə təmin edir və onda faktiki olaraq bizə vacib olan bütün mövqelər əks olunub"-deyə diplomat əlavə edib.

Azərbaycan nümayəndəliyinin rəhbəri, vitse-spiker Valeh Ələsgərov barədə danışarkən, səfir vurğulayıb ki,o, özünü güclü sədr kimi göstərib. İclasın yeniliyi o olub ki, burada ilk dəfə olaraq Azərbaycan dilinə sinxron tərcümə təmin olunub. Bu vaxta qədər Komitənin iclaslarında rus və ingilis dilləri istifadə olunub. A. Məmmədov məlumat verib ki, Azərbaycan tərəfi Komitənin növbəti iclasının Bakıda yox, bölgələrdə keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu Avropa parlamentarilərini Azərbaycanın mədəniyyəti, ənənələri və təbiəti ilə tanış etmək məqsədi daşıyır. İclasın keçirilmə yeri hələ müəyyənləşməyib.

Xəbər lenti

Xəbər lenti