...

Fond başçısı: Azərbaycan Dövlət Neft Fondu 2007-ci ildə BP və LUKOYL-dan 65 mln. ABŞ dolları məbləğində bonus alacaq

Siyasət Materials 19 Dekabr 2006 20:46 (UTC +04:00)
Fond başçısı: Azərbaycan Dövlət Neft Fondu 2007-ci ildə BP və LUKOYL-dan 65 mln. ABŞ dolları məbləğində bonus alacaq

"Şahdəniz" qaz-kondensant yatağının işlənmə layihəsi üzrə Azərbaycan qaz hasilatının başlanması ilə əlaqədar xarici tərəfdaşlardan bonus qismində 45 mln. ABŞ dolları alacaq. Bu barədə bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov Trend ə ekslüziv olaraq məlumat verib.

Onun sözlərinə görə, "Şahdəniz" yatağında ilk qaz hasilatının gecikməsi ilə əlaqədar Dövlət Neft Fondu 2006-cı ildə layihədən bonus ala bilməyəcək.

"Biz bonus daxilolmalarını 2007-ci ilin fevral ayında gözləyirik", - deyə Şahmar Mövsümov bildirib.

Bundan başqa, ARDNF -in icraçı direktorunun sözlərinə görə, 2007-ci ildə Neft fondu Yalama (D-222) Xəzər layihəsi üzrə Rusiyanın LUKOYL şirkətindən 20 mln. ABŞ dolları həcmində bonus almalıdır.

ARDNF 1999-cu ildə yaradılıb və onun vəzifəsi Azərbaycan hökümətinin gəlirlərini beynəlxalq neft-qaz sazişlərinin reallaşdırılmasından toplanmasıdır. ARDNF-in əsas xərclərinə - Dağlıq Qarabağa görə Azərbaycan və Ermənistanın münaqişəsi nəticəsində zərər çəkmiş qaçqın və məcburi köçkünlərin sosial şəraitlərinin yaxşılaşdırılması, eləcə də strateji infrastruktur layihələrinin maliyyələşdirilməsi aiddir.

Xəbər lenti

Xəbər lenti