...

Türkiyə səfiri hesab edir ki, onun ölkəsi qondarma erməni "soyqırımı" məsələsinə daha ciddi yanaşmalıdır

Siyasət Materials 19 Dekabr 2006 21:00 (UTC +04:00)
Türkiyə səfiri  hesab edir ki, onun ölkəsi qondarma erməni "soyqırımı" məsələsinə daha ciddi yanaşmalıdır

Erməni lobbisi vaxtaşırı hücuma keçir və yalnız bundan sonra Türkiyə qondarma "erməni soyqırımı" məsələsində ona müqavimət göstərir. Türkiyənin Azərbaycandakı səfiri Turan Moralının bu gün jurnalistlərə verdiyi xəbərə görə, bu aspekt Türkiyənin Ermənistanla münasibətlərində ən böyük çatışmazlıqdır.

"Türkiyə psixologiyası erməni lobbisi ilə daimi mübarizəyə yönəlməyib. Türkiyə öz problemləri ilə məşğuldur, lakin görünür, ölkə daim erməni lobbisinə müqavimət göstərməlidir", - deyə diplomat bildirib.

T.Moralının sözlərinə görə, ermənilər tarixin saxtalaşdırılmasından ibarət olan bu mövzunu ideologiyaya çeviriblər. "Fransa parlamentində "erməni soyqırımı" haqqında məsələ qoyulduqdan sonra, Türkiyə mübarizəyə səfərbər olub, sonra isə bu məsələ sakitləşib. Türkiyə Avropa Birliyinə inteqrasiya məsələsi ilə məşğuldur. Görünür, Türkiyə bu məsələyə daha ciddi yanaşmalıdır", - deyə türkiyəli diplomat qeyd edib.

Xəbər lenti

Xəbər lenti