...

ATƏT DTİHB-nun rəhbəri Azərbaycanın Baş prokuroru Zakir Qaralovla görüşüb

Siyasət Materials 22 Dekabr 2006 19:26 (UTC +04:00)

Dekabrın 22-də Azərbaycanda səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Kristian Ştroxal Baş prokuror Zakir Qaralovla görüşüb. Bu barədə Trend ə Azərbaycan Respublikası Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Z.Qaralov Azərbaycanın ATƏT-lə əməkdaşlığa böyük önəm verdiyini bildirib.

ATƏT nümayəndəsinə Azərbaycanda insan hüquqlarının qorunmasına dair məlumat verilib. Qeyd olunub ki, Azərbaycan hökuməti insan haqlarının qorunmasına dair beynəlxalq konvensiyalardan irəli gələn vəzifələri layiqincə yerinə yetirir.

K.Ştroxal isə öz növbəsində Azərbaycanda aparılan islahatları, xüsusilə də insan hüquqlarının qorunması sahəsində görülən işləri müsbət qiymətdəndirdiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti