"Azərbaycan ordusuna hərb elmini bilən adamlar lazımdır". Trend xəbər verir ki, bu fikri Azərbaycan parlametinin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.
O qeyd edib ki, Azərbaycan ordusunun hərbi-texniki bazası yüksək səviyyəyə çatdırılıb və peşəkar yanaşma üçün kimya, biologiya, fizika və digər elmləri yaxşı bilən ali təhsilli şəxslərin cəlb edilməsi lazımdır.