...

Mətbuat Şurasının sədri: "Jurnalistlərin IV qurultayının qətnaməsində əksini tapmış məsələlərlə bağlı yanvarın 1-dən işlərə başlanacaq"

Siyasət Materials 25 Dekabr 2006 17:09 (UTC +04:00)
Mətbuat Şurasının sədri: "Jurnalistlərin IV qurultayının qətnaməsində əksini tapmış məsələlərlə bağlı yanvarın 1-dən işlərə başlanacaq"

Dekabrın 23-də keçirilən Azərbaycan jurnalistlərinin IV qurultayının qətnaməsi artıq hazırdır. Bu barədə Trend ə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

O bildirib ki, qurultayda səslənən təkliflr ümumiləşdirilərək qətnaməyə daxil edilib. Sənədin üzərində iş aparılıb, əlavə və düzzlişlər edilib. Qətnamə bu günlərdə mətbuatda dərc olunacaq. Ə.Amaşovun sözlərinə görə, qətnamədə əksini tapmış məsələlərlə bağlı yanvarın 1-dən işlər görülməsinə başlanacaq.

Qeyd edək ki, qətnamədə medianın problemlərinin həlli üçün dövlət proqramının hazırlanması, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması və digər problemlərlə bağlı işlərin görülməsi, müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılması əksini tapıb.

Xəbər lenti

Xəbər lenti