...

Cari ilin yanvar-noyabr aylarında Naxçıvan MR-də ÜDM-nin həcmi 33,4 % artaraq 373 mln 993 min manat təşkil edib

Siyasət Materials 26 Dekabr 2006 17:53 (UTC +04:00)

Cari ilin yanvar-noyabr aylarında Naxçıvan MR-də ÜDM-nin həcmi 373 mln 993 min manat olub. Trend in Naxçıvan Bürosu xəbər verir ki, ötən illə müqayisədə ÜDM-nin həcmi 33,4% artıb.

Bütövlükdə, Naxçıvan MR üzrə adambaşına düşən ümumi daxili məhsulun həcmində də artım müşahidə edilib. Belə ki, bu il adambaşına düşən ÜDM ilk dəfə olaraq 1000 ABŞ dolları həcmini keçərək 1100 dollar təşkil edib.

Yanvar-noyabr aylarında regionda sənaye məhsulunun istehsal həcmi 66,5 % artaraq 66 mln 121 min manat olub. 2005-ci ilin müvafiq dövrünə nisbətən sənaye məhsulu istehsalı dövlət sektorunda 10%, qeyri-dövlət sektorunda 94 % artıb.

Xəbər lenti

Xəbər lenti