...

Azərbaycan prezidenti təhsil işçilərini təltif edib

Siyasət Materials 26 Dekabr 2006 19:42 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 26-da ölkə təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Trend in məlumatına görə, sərəncama əsasən, Kərimov Yəhya Şəfi oğlu "Şöhrət" ordeni ilə, Abbasov Akif Nurağa oğlu, Qasımov Səməd Əli oğlu, Qəndilov Rafiq Tağı oğlu, Rəcəbov Oqtay Məmməd oğlu və Sultanov Rauf Lütfəli oğlu "Tərəqqi" medalı ilə təltif olunublar.

Xəbər lenti

Xəbər lenti