...

Nazir – Azərbaycan hökuməti yeni sement zavodunun tikintisi üçün investoru müəyyən edib

Siyasət Materials 28 Dekabr 2006 11:38 (UTC +04:00)
Nazir – Azərbaycan hökuməti yeni sement zavodunun tikintisi üçün investoru müəyyən edib

Azərbaycan hökuməti Fransanın "Lafarge" sement istehsalçısına birtərəfli formada imzalanmış "Niyyət" protokolu göndərib. İqtisadi inkişaf naziri Heydər Babayev Trend ə bildirib ki, protokol Azərbaycan investisiya şirkəti tərəfindən hazırlanıb.

H.Babayev bildirib: "Biz indi "Lafarge"in şərhlərini gözləyirik. Bu şirkətlə birgə Azərbaycanda "sıfırdan" yeni sement zavodunun tikintisini planlaşdırırıq.

İnvestisiya şirkətinin bu layihədə maksimum iştirakı 20-25 faiz təşkil edəcək, qalan hissə "Lafarge" şirkətnin hesabına həyata keçiriləcək. İnvestorun iştirakı dövlət təminatsız olacaq.

1-1,25 mln. ton gücündə sement zavodu layihəsinin dəyəri 110-120 mln. dollar dəyərində qiymətləndirilir. Zavodun yerləşdiyi yer texniki-iqtisadi əsaslındırmadan asılı olacaq.

Nazir qeyd edib: "İnvestor infrastruktura, dəmir yoluna, avtomobil yollarına baxmalıdır, həm də zavodun yerləşdiyi yer xammaldan çox aralı olmamalıdır".

Xəbər lenti

Xəbər lenti