...

Səfir: "Azərbaycan və Belarus arasında yeni perspektivli sahələrin və əməkdaşlıq üçün layihələrin aşkarlaması üzrə iş aparılır"

Siyasət Materials 28 Dekabr 2006 17:17 (UTC +04:00)
Səfir: "Azərbaycan və Belarus arasında yeni perspektivli sahələrin və əməkdaşlıq üçün layihələrin aşkarlaması üzrə iş aparılır"

Azərbaycan və Belarus arasında yeni perspektivli sahələrin və əməkdaşlıq üçün layihələrin aşkarlanması üzrə iş aparılır. Bu barədə Trend ə eksklüziv olaraq Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç söyləyib.

Əməkdaşlıq üçün əsas perspektivli istiqamətlər kimi səfir kənd təsərrüfatının və ağır sənayenin adını çəkib. Bunlar artım və qarşılıqlı layihə perspektivi olan sahələrdir və deməli, bu sahələr hüquqi razılaşma əsasında müvafiq şəkildə nizamlanmalıdır-deyə diplomat hesab edir.

Onun sözlərinə görə, son illər ölkələr arasında iqtisadi sahədə yaxşı dinamizm müşahidə olunur. Ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin, xüsusən, turizm, kənd təsərrüfatı, bank fəaliyyəti, istehsal kooperasiyası və başqa sahələrdə böyük potensial var, deyə diplomat vurğulayıb.

Xəbər lenti

Xəbər lenti